Qadınların nəzərinə! Düzgün makiyaj etmək üçün xüsusi qaydalar


Düzgün makiyaj etmək üçün hansı qaydalara əməl etmək lazımdır?
Düzgün makiyaj seçmək üçün ilk öncə düzgün, sağlam kosmetikadan istifade etmək lazımdır. Çünki istifadə olunacaq dekarativ kosmetika xanımların dərisinə, dəri tiplərinə uyğun olmalıdır, dəri həmin dekarativ kosmetikanı sağlam mənimsəməlidir, heç bir alergik reaksiya verməməlidir,üz dərisi istifadə olunacaq kosmetikanın altında sağlam nəfəs almaıdır. Xanımlar kosmetikanın sağlamlığını, dəri tiplərinə düşərli olub-olmadıqlarını aydınlaşdırdıqdan sonra onun üz qurluşuna, dəri tonununa uyğun olaraq tonlarını seçməlidir.
Makiyajın sirləri hansılardır?
Hər bir xanımın kosmetik makiyaj sirri olmalıdır. Profesional nəzərdən isə biz vizajistlərin də xüsusi sirləri vardir ki, onu öz işlərimizdə tətbiq edirik. Mən bir neçə öz sirrimi xanımlarla bölüşə bilərəm, hansı ki, gündəlik makiajda istifadə edə biləcəklər.
Əsasən gündəlik makiyajda xanımlarımız yaxşı olar ki, ağır profesional tonal kremlərdən istifadə etməsinlər.Yüngül qoruyucu ton kremlərdən istifade etsinlər.Ton kremi üzə çəkdikdə dərilərinə ilk öncə azacıq nəmləndirici çəksinlər, onda ton krem üzdə təbii, sağlam, görünüş effekti verir. Azacıq ton kremə çoban yastığı bitkisinin yağından və ya zeytun yağından, badam yağından bir damla qatıb istifadə etsələr, o, gün boyu dərini ton kremin quruluğundan qorumuş olacaq və dəri sağlam görünəcək.Ton kremdə fırçaya bir azca götürüb üzün ortasından yanaqlara doğru çəkin, əvvəl üfüqi, sonra isə şaquli hərəkətlərlə, tətbiqinə diqqət yetirmək lazımdır. Dodaq boyasını çəkməmişdən öncə dodaq ətrafını ağ konturla haşiəyə alıb dodaq boyasından istifadə etdikdə dodaqlar həcmli görsənəcək, kipriklər vitamin b tərkibli tuşlardan istifade etdikdə kiprik həcmli gorsənəcək, dodaq boyası istifadə etdikdən sonra dodaqların tam ortasına, xəfif, parlaqlıq gətirən dodaq gellərindən çəkilir, bu sir isə dodaqları həcmli göstərir, dodaq boyasın sildikdən sonra mütləq dodaqlara nəmləndirici çəkilməlidir, hansi ki,dodaqları qurumaqdan, çatlamaqdan qoruyur.
Sadə makiyajın sirləri hansılardır?
Sadə makiyajın sirlərinə gəldikdə yüngül tonlar seçilməlidir, çox ağır tonlardan istifadə olunmamalıdır. Onu da qeyd edim ki, mənim üçün sadə makiyaj yoxdur, makiyaj zövqlü olmalıdır. Dəfələrlə özümdə fikir vermişəm ki, xanımlarımız tək tuşdan istifadə ediblər, tuşu o qədər çəkiblər kipriklərinə ki, kənardan çox qorxunc, çirkin görsənir. Elə xanımlar olur ki, üzündə dekarativ kosmetikanın hər tərkibindən istifade edib, amma çox incə, çox zövqlü görsənir. Mənə görə, kosmetika sadə yox, zövqlə, diqqətlə istifadə olunmalıdır.
Doğru tonal kremi necə seçmək olar?
Doğru tonal seçmək üçün azacıq tonal kremdən, çənə altı nahiyəyə çəkməklə, onun dəri tonuna uyğun olub-olmadığını müəyyən etmək olar, düzgün tonal krem seçmək üçün onun təbiiliyinə, incə qurluşlu, sıx, nəm dəriyə quruluq gətirməyən tonal kremlərdən istifadə etmək lazımdır. Gündəlik istifadə olunacaq tonal kremlər çox yüngül və təbii olmalıdır.
Dodaq boyası və enlik rənglərinin bir-biri ilə uyumlu olması vacibdirmi?
Dodaq boyası ilə, enlik rənglərinin bir birinə uyğunlu seçilməsi seçiləcək kosmetikadan, makiyajdan aslıdır.
Göz ətrafı niyə xüsusi baxım tələb edir?
Göz ətrafı ona görə xüsusi baxım tələb edir ki, üzümüzün ən zərif hissəsi göz etrafıdır, hansı ki, üz kremləri, üzə qulluq vasitələri seçdikdə üz qurluşunda ilk növbədə göz etrafı nahiyə nəzərə alınmalıdır, çünki çox həssas, nazik, olduğu üçün, ilk öncə olergik reaksiyalar orda özünü göstərir.
Sonda makiyajla bağlı hansı məsləhətləri verə bilərsiz?
Sonda makiyajla bağlı məsləhətim odur ki, bütün xanımlarımız gözəldir, hər zamanda baxımlı olmaq lazımdır. Xanımlar makiyaj dəstlərinə xüsusi fikir versinlər, sağlam, təbii kosmetikadan istifadə etsinlər.

Yorumlar